Bakı
10.03.2023
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq;
- Biznesin inkişafı istiqamətində bazarı daim təhlil etmək, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləmək;
- Şirkətin hədəf auditoriyasını araşdırmaq;
- Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək;
- Şirkətin (LIBRAFF və STORİES COFFEE üzrə) xidmət sistemini təkmilləşdirmək üçün təkliflər irəli sürmək;
- Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində aylıq fəaliyyət planlarını hazırlamaq;
- Filiallarda vizual dizayna nəzarət etmək, mağaza və kafe vitrinlərini, mağaza daxilini (interyeri) müştəri və şirkətin maraqlarına uyğun olaraq təkmilləşdirmək;
- Marketinq komandasını idarə etmək;
- Şirkətin tanıdılması istiqamətində fəaliyyət planını hazırlamaq;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlamaq;
- Şirkətin hədəflərini, mövqeyini nəzərə almaqla SMM və PR strategiyasını müəyyən etmək, komandanı bu strategiyaya uyğun istiqamətləndirmək.
Əsas tələblər:
- marketinq sahəsində rəhbər vəzifədə azı 3(üç) il iş təcrübəsi;
- marketinq, menecment və yaxud yaxın sahə üzrə ali təhsil;
- marketinqin əsasları üzrə bilik və bacarıqlar;
- analiz etmək qabiliyyəti;
- yüksək şifahi və yazılı komunikasiya bacarığı;
- peşakar idarəetmə bacarığı;
- düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı;
- kreativlik və yaradıcılıq
İş haqqında:
- Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
- İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
- Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və məktubda minimal gözlənilən əmək haqqını qeyd etmək tövsiyyə olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Menecer |