Bakı
14.02.2024
Öhdəliklər:
- Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılması
- Şirkətin fəaliyyətinə uyğun marketinq strategiyalarının hazırlanması və yeni ideyaların təqdim edilməsi
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
- Rəqiblərin araşdırılması və müvafiq təkliflərin hazırlanması
- Marketinq və satışın planlaşdırılması və hesabatlar
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi ( bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi , reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi)
- Promoaksiyalarını və təkliflərini hazırlanması
- Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması
- Bukletlərin paylanması üzrə planın tərtibi və nəzarəti
- Partyonlar ilə birlikdə aksiyaların hazırlanması
- Lazım olan prezentasiyaların və dizaynların hazırlanması
- Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər).
Tələblər:
- Ali təhsil
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilməli
- Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi
- Marketinqin və satışın əsasları və təşkili üzrə əsas metod və vasitələri bilməli
- Marketinq strategiya və planların hazırlanması metodologiyasını, bazarda mövqeləşmə və seqmentasiya üsullarını bilməli
- Yüksək idarəcilik və təşkilatcılıq bacarığları
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı yüksək olmalıdır
Nəqliyyat və yataqxana ilə təmin olunma;
Nahar ilə təmin olunma;
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq. [email protected]