Marketinq və Satış departamenti, Korporativ Bankçılıq şöbəsinin baş mütəxəssisi
İşə götürən: TuranBank ASC
Yaş həddi: 24-35
Əmək haqqı: 1400-1600
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazma qabiliyyəti (ingilis dili arzuolunandır);
- Ünsiyyətqurma bacarığı;
- Satış bacarığı;
- Yaradıcılıq bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Məsuliyətlilik, diqqətlilik;
- MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;
- Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
- Mütəmadi olaraq, korporativ müştərilərlə görüşün təşkil olunması və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
- Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması;
- Bankın korporativ məhsul və xidmətlərinin təbliğat-təşviqat materiallarının strukturunun və mətninin hazırlanması
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Korporativ Bankçılıq şöbəsinin baş mütəxəssis” yazmağı unutmayın.
İşin aid olduğu sahə
Kateqoriya | Marketinq və PR |