2 C
Baku
Saturday, December 14, 2024

“METAK”a HR və Satış üzrə işçi axtarılır: vakansiya

0
“METAK”a HR və Satış üzrə işçi axtarılır: vakansiya
06.03.2019

1. HR mütəxəssis

İşin təsviri:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
• İşçilər barədə məlumat bazası ilə işləməsi, müvafiq məlumatların ERP proqrama daxil edilməsi və məlumatların daima yenilənməsinin təmin edilməsi;
• e-gov hökümət portalında əməliyyatların aparılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
• Davamiyyətin izlənilməsi;
• Kadr sənədləşməsinə mütəmadi nəzarət edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
• Əmək məcəlləsi üzrə biliklər;
• MS Office proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı.

İş şərtləri:

• Həftədə 5 iş günü, 09:00 – 18:00;
• Nahar şirkət hesabına verilir;
• Servis xidməti fəaliyyət göstərir.
• Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=73 və ya [email protected] ünvanına CV göndərərək 06.04.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.


2. Satış üzrə mütəxəssis

İş barədə məlumat

• Müştərilərdən birbaşa, e-mail və ya telefon vasitəsi ilə sifarişlərin qəbulu;
• Qaimə-fakturaların yazılması;
• Satışın reallaşdırılması;
• Anbar qalığına nəzarət edilməsi;
• Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
• Göstərilmiş xidmət və satılmış malların ödənişinə nəzarət edilməsi.

Namizədə tələblər

• Cinsi: qadın
• Ali təhsil;
• Satış sahəsində 1-3 ilə qədər iş təcrübəsi;
• Riyazi hesablamaları aparma bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı;
• Aydın, inandırıcı və düzgün danışıq tərzi.

İş şəraiti

• Əmək haqqı danışıq əsasında;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=84 
və ya [email protected] ünvanına CV göndərərək 06.04.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər