7 C
Baku
Sunday, December 15, 2024

“Metak”da kütləvi vakansiyalar — İŞÇİ TƏLƏB OLUNUR

0
“Metak”da kütləvi vakansiyalar — İŞÇİ TƏLƏB OLUNUR
28.08.2019

Qaynaqçı – quraşdırıcı

İş barədə məlumat:

• Cizgilərə və yığma sxemlərinə əsasən universal alətlər tətbiq etməklə, müxtəlif növ metal konstruksiya və maşın mexanizmlərini yığmaq;
• Elektrik və yarım avtomat qaynağ işlərini həyata keçirmək.
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir.

Namizədə tələblər:

• Orta-texniki təhsil;
• 28 – 55 yaş;
• Müvafiq sahə üzrə sertifikatın olması arzuolunandır;
• Qaynaq işlərini bacarmalı;
• Müvafiq sahədə ən azı 3 il iş stajı;
• Azərbaycan dilini sərbəst bilməli;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=140 və ya [email protected] ünvanına göndərərək, 28.09.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.


Hüquqşünas köməkçisi

İş barədə məlumat:

• Məhkəmə mübahisələrinin hüquqi baxımdan həlli üçün müvafiq tədbirlərin görülməsi (iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və s.)
• Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
• Mülki müqavilələrin və layihələrin hazırlanması; 
• Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notarial təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi
• Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
• Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması; 
• Tam məxfiliyə riayət edilməsi.

Tələblər:

• Ali hüquqi təhsil (kommersiya yönümlü arzuolunandır); 
• İxtisas üzrə 1 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet); 
• Dürüst, stresədavamlı, məsuliyyətli.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytımızda yerləşdirilmiş onlayn-anketi https://www.metak.az/resume/resume.php?vid=106 dolduraraq, 09.09.2019 – ci il tarixinə kimi müraciət edə bilərlər.


Video müşahidə operatoru

İşin təsviri:

• Təhlükəsizlik kameralar vasitəsi ilə ərazinin və obyektlərin izlənilməsi;
• Video arxivlərlə iş və günün sonunda hesabatların hazırlanması.

Tələblər:

• Ali/orta texniki təhsil;
• Video müşahidə sistemində iş təcrübəsi 
• Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
• MS Office proqramlarını bilməlidir;
• Yaş həddi: 25 – 35 yaş;
• Diqqətli, məsuliyyətli, intizamlı.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında;
• Növbəli iş rejimi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=83 və ya [email protected] ünvanına CV göndərərək 15.09.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.


Avadanlıqlar üzrə təmirçi-çilingər

İş barədə məlumat

• İstehsalat sahəsində olan avadanlıqların vaxtında və keyfiyyətli təmir edilməsi.
• Dəzgahların təmizlənməsi və yağlanması. 
• Mexanizmlərin yığılması, təmiri. 
• Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması. 
• Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi. 
• Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mürəkkəb mexanizmlərin hazırlanması. 
• Təmir üçün defekt cədvəllərinin tərtib edilməsi.

Namizədə tələblər

• Ali və ya orta texniki peşə təhsili;
• Qeyd olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Mexaniki-texniki bilik və bacarıqları olmalı;
• Avadanlıqların texniki xüsusiyyətlərini, istismar qaydalarını bilməli;
• Texniki cizgiləri oxuya bilməli;
• Komandada işləməyi bacarmalı, müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=111, və ya [email protected] ünvanına CV göndərərək 28.09.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.


Mühəndis-elektronçu

İş barədə məlumat:

• İstismarda olan elektron dəzgahlara texniki xidmətin göstərilməsi;
• Avadanlıqların təmiri və sınaq işlərinin aparılması;
• Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanılması, baxış və cari təmirin aparılması;
• Aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
• Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət;
• Elektrik-təmir işlərinin yerinə yetirilməsi.

Namizədə tələblər:

• Cinsi: Kişi
• 25-40 yaş
• Ali texniki təhsil
• Müvafiq iş stajı 3-5 il
• Elektronikanı və avtomatikanın əsaslarını bilməlidir

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=109 və ya [email protected] ünvanına göndərərək, 28.08.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.


ERP üzrə mütəxəssis

İşin təsviri:

• ERP proqramlarında işləmə, modul yazma və dəstək;
• Proqram modullarının xidmət sahələrinə tətbiqi;
• Yaranan problemlərin tez bir zamanda həll olunması.

Namizədə tələblər:

• Yaş həddi: 25 – 35
• Ali təhsil;
• Müvafiq sahədə ən az 2 illik iş təcrübəsi (istehsalatda çalışmış şəxslərə üstünlük verilir);
• SQL, JavaScript, HTML5, CSS3, .NET bilikləri;
• ERP Database infrastruktur bilikləri;
• Rus və ingilis dillərini bilməli (texniki).

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=103 və ya [email protected] ünvanına göndərərək, 28.08.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər