12 C
Baku
Friday, March 29, 2024

Mühasib – Xəzər TV

0
Mühasib – Xəzər TV
Bakı
14.09.2020

Mühasib

İş saatı: Tam iş günü

İxtisas tələbləri: Müvafiq sahədə Ali təhsil;

Tələb olunan iş stajı: Müvafiq sahədə ən azı 3 il

Peşəkar səriştələr (bacarıq və biliklər) üzrə tələblər:

• Azərbaycan Respublikasının verqi məcəlləsini bilməlidir;
• Sənədlərin rəsmiləşdirilməsini, təsərrüfat vəsaitinin, onun hərəkətinin mühasibat hesabı sistemində əks olunması qaydasını bilməlidir;
• Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməlidir;
• Uçot-hesabat planını və korrespondensiyasını bilməlidir;
• Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını bilməlidir;
• Yoxlanış və sənədli təftişin qaydalarını bilməlidir;
• İqtisadiyyatın əsaslarını bilməlidir;
• Əmək qanunvericiliyinin əsaslarını bilməlidir;
• Azərbaycan və Rus dilini əla səviyyədə bilməlidir, İngilis dili arzuolunandır;

Şəxsi səriştələr:

• Nəticəyə istiqamətlənmə;
• Qəbul edilmiş qərara görə məsuliyyət götürmə bacarığı;
• Yüksək analitik düşüncə və problemləri həlletmə bacarığı;
• Dəqiqlik, səbrlilik və punktuallıq;
• Komandayla çalışmağı bacarmalı, operativ ve praktik olmalı.

Məsuliyyət sahələri üzrə öhdəliklər:

• Şirkətin mühasibatlıq şöbəsi mühasibinin qarşısında duran əsas vəzifələr terminal rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir.
• Məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir.
• Qüvvədə olan vergi və digər qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir.
• Təşkilatı müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. Ciddi hesabat blankları hesabat qaiməsi üzrə baş mühasibin və həmin hesabat verməli olan şəxsin imzaları ilə verilir.
• Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır.
• Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir.
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.
• Birbaşa rəhbərinin digər müvafiq tapşırıqlarını yerinə yetirir.

Əmək haqqı danışıq əsasında təyin edilir.

Əgər sadalanan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, öz anket məlumatlarını (CV) subject/mövzu hissəsində “Mühasib” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Uyğun namizədlər ilə əlaqə saxlanacaqdır. Uğurlar!

İşin aid olduğu sahə

KateqoriyaMühasib