İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi
Əmək haqqı:Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində)
- Maliyyə sahəsi üzrə ən azı 3 il təcrübə (dövlət tibb müəssisəsində arzuolunandır)
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Qanunvericilik üzrə biliklər: Vergi, Mülki və Əmək Məcəlləsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklərin olması
- Peşəkar mühasib sertifikatının olması arzuolunandır
- Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komanda da işləmə bacarığı
- Məsuliyyətlilik
- Dəqiqlik
- İntizamlılıq
- Nəticəyönümlülük
İşin təsviri:
- Tibb müəssisəsində büdcə ödənişlərinin icrasının monitorinqinin aparılması;
- Tibb müəssisəsində həyata keçirilən maliyyə, təsərrüfat, satınalma əməliyyatlarının monitorinqinin aparılması;
- Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə dair monitorinqinin aparılması;
- Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinin monitorinqinin aparılması;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə yoxlamaların aparılması;
- Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların düzgün təqdim edilməsinə nəzarət;
- Fəaliyyət çərçivəsində intensiv ezamiyyə səfərlərinin həyata keçirilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 22.10.2023
- CV-lər göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Monitorinq şöbəsi-aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |