7 C
Baku
Sunday, December 15, 2024

Mühəndis-Dizayner – Yelo Bank

0
Mühəndis-Dizayner – Yelo Bank
13.02.2020

İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə Mühəndis-Dizayner qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.

Mühəndis-Dizayner

Vəzifə Öhdəlikləri:

• Hazır konsept dizaynını mövcud vəziyyətə uyğunlaşdırmaq
• İnteryer proyektin həyata keçirilməsi üçün lazım olan işçi çertyojları hazırlamaq və koordinasiya etmək:

– Ölçülərin götürülməsi və mövcud planın hazırlanması
– Arakəsmə və s. demontaj və montaj planı
– Mebel yerləşim planı
– Sabit mebellərin çertyojları
– Elektrik çıxışların planı
– Santexnika çıxışların planı
– Havalandirma, isitmə və soyutma avadanlıqlarının yerləşim planı
– Tavan planı
– Döşəmə planı
– İşıqlandırma cıhazlarının planı
– Tələb olunan hissələrdə kəsiklərin və düyünlərin çertyojlarının hazırlanması

• Təmir prosesində vaxtaşırı olaraq iş icraçısına çertyojları, görüləcək işləri izah etmək, yekunlaşmış işlərin çertyojlara uyğunluğuna nəzarət etmək
• Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək

Tələblər:

• İnteryer dizayn sahəsində təcrübəli olmaq
• Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili arzuolunandır
• Komanda ilə işləmək bacarığı

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi