7 C
Baku
Sunday, December 15, 2024

Mühəndis-konstruktor – METAK

0
Mühəndis-konstruktor – METAK
25.10.2019

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.
                                                                                                                                         
Mühəndis-konstruktor

İş barədə məlumat

• Kompüter texnikasından istifadə etməklə məmulatların, eskiz, texniki və işçi layihələrinin işləyib hazırlanması
• Qeyri-standart avadanlıqların layihələrinin işlənib hazırlanması
• Yeni konstruksiyaların quraşdırılması və sınağının təşkili
• İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun olması və istifadəsinin təmin olunması.

Namizədə tələblər

• Cinsi: Kişi
• Yaşı: 30-55
• Təhsili: Ali, maşınqayırma texnologiyası
• İş stajı: 5 ildən çox
• Alət sexində, maşınqayırma sahəsində müvafiq iş təcrübəsi
• Kompüter bilikləri: Autocad, Solid Works və yaxud başqa 3D CAD-CAM proqramları
• Yaradıcılıq qabiliyyəti
• Kollektivdə işləmək bacarığı

Əlavə şərtlər:

• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlananlar saytda onlayn-anketi https://www.metak.az/resume/resume.php?vid=39 dolduraraq
24.11.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər