26 C
Baku
Wednesday, October 2, 2024

Mühəndislik üzrə baş qrup rəhbəri – Baku Marriott Hotel Boulevard

0
Mühəndislik üzrə baş qrup rəhbəri – Baku Marriott Hotel Boulevard
Bakı
30.07.2024

Vəzifə öhdəlikləri:

  • Şöbənin idarə edilməsi üçün zəruri kompyuter proqramlarından istifadə etmək bacarığı.
  • Sənədləşdirmə sistemi, texniki xidmətin idarə edilməsi proqramı və binanın idarə edilməsi sistemi ilə sənədlərin səliqəli şəkildə qeyd olunmasını və onlara nəzarəti təmin və təşviq etmək.
  • Müvafiq hallarda mühəndislik xidməti / əməliyyatlar, habelə texniki xidmət ilə əlaqəli hesabatlar tərtib etmək.
  • Texniki xidmət təlimatları və çertyojlarının dəqiqliyi və bütövlüyünü təmin etmək.
  • Zəruri ehtiyat hissələr və avadanlıqlar üzrə inventarların hazırlanmasında iştirak etmək.
  • Şöbənin biznes planından xəbərdar olmaq və şöbənin Mühəndislik xidməti / Əməliyyatlar və texniki xidmət, müqavilə xidmətləri və ehtiyat hissələr inventarının iqtisadi baxımdan rentabelliyinə nəzarət işində fəal şəkildə iştirak etmək.
  • Binanın idarə edilməsi sisteminin inkişafına dəstək vermək.
  • Maşın və avadanlıqların istismarı və kommunal xidmətlərdən istifadəyə nəzarət etmək və enerjiyə qənaət olunmasını təbliğ etmək.
  • Maşın və avadanlıqların enerji effektivliyini müəyyən etmək və müvafiq hallarda təkmilləşdirmə və əvəzetmə məsələlərinə dair tövsiyələr vermək.
  • Enerji ilə bağlı ölçü və nəzarət cihazlarının düzgün kalibrlənməsini təmin etmək və hər hansı dəyişikliklərə əvvəlcədən reaksiya vermək.
  • Bütün texniki ərazilər, kommutasiya otaqları, mətbəxlər, camaşırxana və əlaqəli ərazilər, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün Mühəndislik xidməti/Əməliyyatlar, habelə texniki xidmət fəaliyyətlərini yerinə yetirməkdə. Mühəndislik şöbəsinin Baş mühəndisin müavininə köməklik etmək.
  • Müvafiq hallarda kənar podratçılar ilə birgə xüsusi layihələr və ya mebel, avadanlıqlar və qurğularla bağlı təşəbbüsləri yerinə yetirmək.
  • Tələb olunduqda, digər iş növbələrində işləmək.
  • Profilaktik texniki xidmət proqramları və binaya avtomatik nəzarət sistemlərinin işlənib hazırlanmasına kömək etmək.
  • Biznes ehtiyaclarının təmin edilməsi üçün Mühəndislik şöbəsində gündəlik təlimatlarda iştirak etmək
  • Mütəmadi olaraq əməliyyatlar və texniki xidmətlərin təkmilləşdirilməsinə dəstək vermək
  • Bütün işçilərin rifahı və texniki təhlükəsizliyi kimi məsələlərlə fəal şəkildə məşğul olmaq.
  • Həyat fəaliyyətinin texniki təhlükəsizliyi, əməyin peşəkar gigiyenası və texniki təhlükəsizliklə bağlı qüvvədə olan qanunlardan xəbərdar olmaq.
  • Fövqəladə hadisə zamanı öhdəliklərlə bağlı tələblər haqqında tam anlayışı olmaq.
  • Tələb olunduqda, liftdə qəza hadisələrinə dair təhlükəsizlik prosedurlarını həyata keçirmək.
  • Həyat fəaliyyətinin texniki təhlükəsizliyi və yanğından mühafizə avadanlıqlarının müntəzəm yoxlanılması və sınaqdan keçirilməsi ilə bağlı planlı tədbirlərə kömək etmək.
  • Müvafiq əlcəklər, dəbilqələr, çəkmələr və təhlükəsizlik nərdivanlarından istifadə etməklə, təhlükəsiz iş mühitini təmin etmək üçün bütün müvafiq qabaqlayıcı tədbirləri həyata keçirmək.
  • Müvafiq iş üçün müvafiq alətlərdən istifadə edin. Boru açarından çəkic kimi, yivaçandan qələm kimi, aralanan qayka açarından adi qayka açarı kimi istifadə etməyin.
  • Heç vaxt müvafiq tənzimləyicilər olmadan azot kimi sıxılmış qazlardan istifadə etməyin.
  • Oksigen, azot, asetilen kimi qazların olduğu yüksək sıxlıqlı silindrlərin daşınmasına xüsusi diqqət yetirin; hər hansı tənzimləyicidə yağdan istifadə etməyin.
  • İşçilərin eyni zamanda bir neçə vəzifənin öhdəsindən qənaətbəxş səviyyədə gəlməsinə nail olmaq üçün, peşəkarlıq və səriştəlilik əldə etməsi tələb olunur; bu isə öz növbəsində qanunla müəyyən edilmiş qaydalar yol verdikdə, hər bir peşə üçün spesifik sayılan öhdəlikləri minimuma endirəcək.
  • Bütün elektron nəzarət və kommunikasiya avadanlıqlarının təmir və texniki xidmət işlərində iştirak etmək.
  • Tələb olunduqda, xüsusi tədbirlərə və konfranslara dəstək olmaq.
  • Qeydiyyat jurnallarında qeyd edildiyi kimi və ya digər formada tələb olunduqda, bütün hava kondisionerləri və soyuducu avadanlıqların təzyiq, temperatur, amper və digər tələb edilən göstəricilərini qeydə almaq.
  • Soyuducu kameralar və dondurucular, buz aqreqatları, soyuducu aparatları qeyd edildiyi kimi təmizləmək və xidmət göstərmək.
  • Bütün hava kondisionerləri və soyuducuları, eləcə də əlaqəli avadanlıqları təmir etmək və əsaslı şəkildə yoxlamaq.
  • Bütün mətbəx və bar avadanlıqlarını təmir etmək və texniki xidmət göstərmək.
  • Hava kondisioneri ilə təchiz edilmiş bütün ərazilər, soyuducu kameralar və dondurma otaqlarının optimal effektivliklə işləməsini və istilik mübadiləsi səthlərinin təmiz olmasını təmin etmək.
  • Qabyuyan və stəkan yuyan maşınlar, qaz plitələri və sobalar, frityür qabları, buxar qabları daxil olmaqla (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) müvafiq qurğular ilə bağlı təyin edilə bilən digər əlaqədar vəzifələri icra etmək.
  • Tələb olunduqda, elektrik qurğuları, kabel / məftil sistemləri kanallarını və s. təmir etmək və quraşdırmaq.
  • Tələb olunduqda, bütün elektrik avadanlıqları və cihazlarını təmir etmək.
  • İdarəetmə panelləri, nəzarət şəbəkələrini yoxlamaq və texniki xidmət göstərmək, bütün əsas və köməkçi panellər, nəzarət şəbəkəsinin kabelləri, ayırıcılar, elektromaqnit işəsalma qurğuları, cərəyan yüklənmə cihazları, taymerlər və s. qurğulara müəyyən edildiyi qaydada müntəzəm profilaktik xidmət həyata keçirmək.
  • Bütün elektrik avadanlıqlarının düzgün və təyinatı üzrə işləməsi, təhlükəsizlik tələbləri, təmir və texniki xidmət kimi məsələlərin davamlı şəkildə yoxlanılmasını təmin etmək.
  • Tələb olunduqda, banket tədbirləri, o cümlədən açıq havada ziyafət proqramları üçün işıqlandırma və digər elektrik qurğularını təchiz etmək.
  • Ehtiyat generator avadanlığını hər həftə yoxlamaq, işə salmaq və texniki xidmət göstərmək.
  • Boru kəmərlərində qaz sızmaları, buxar sızmaları, su sızmaları, tutulmuş drenaj xətləri və tutulmalar kimi nöqsanların aradan götürülməsi ilə bağlı xidmətləri həyata keçirmək.
  • Su nasosları, yumşaldıcı qurğular, drenaj nasosları, üzgüçülük hovuzları nasosları və xlorlama filtr sistemləri kimi boru kəmərləri avadanlıqlarında təmir işlərini həyata keçirmək.
  • Boru fitinqlərinin quraşdırılması və hazırlanması kimi işlər və qaynaq işlərini həyata keçirmək .
  • Otelin daxilində bütün mühəndis avadanlıqlarında təmir işlərini həyata keçirmək.
  • Tələb olunduqda, mətbəxdəki bütün qaz avadanlıqları, qaz boruları, habelə əsas və köməkçi qaz klapanlarının təmirini həyata keçirmək və onları yoxlamaq.
  • Bütün daxili və xarici çirkab və yağış sularının şəbəkə (retikulyasiya) mexanizmləri, həmçinin novların təmir və texniki xidmət işlərini həyata keçirmək.
  • Təmizlənməmiş və yumşaldılmış suyun retikulyasiyası və bütün ölçü cihazlarının vəziyyətinə nəzarət etmək və onların işlək vəziyyətdə olmasını təmin etmək.
  • Hidravlik retikulyasiya sistemlərində istifadə edilən bütün materialları, o cümlədən sinklənmiş (qalvanizə edilmiş), qara polad, istehsal polipropileni və tökmə borular, habelə fitinqləri təmir edə bilmək.
  • Nasoslar, kompressorlar, ventilyatorlar, pnevmatik sistemlər, paltaryuyan maşınlar, paltarqurudan maşınlar, quru kimyəvi təmizləmə, presləmə-ütüləmə və bükmə maşınları kimi camaşırxana avadanlıqları daxil olmaqla (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) otelin maşın və avadanlıqlarına texniki xidmət, quraşdırma, təmir və əsaslı yoxlanılma kimi xidmətləri həyata keçirmək.
  • Su qızdırıcıları və buxar generatorları, o cümlədən nasoslar, boylerlər, buxar generatorları və onların alışqanları, təmizləyici qurğular, radiatorlar, buxar separatorları, tənzimləyici klapanlar, habelə bütün istilik, ventilyasiya, hava kondisionerləri kimi qurğuların istismar və texniki xidmət işlərində iştirak etmək.
  • Tozsoran, süpürgə, döşəmə ərsinləri və s. məişət avadanlıqlarının lazımi vəziyyətdə saxlanılması və servisi.
  • Tələb olunduqda, binada olan bütün mebel və fitinqlər, o cümlədən dekorativ parçalarla bağlı müvafiq təmir-bərpa və hazırlanma işlərinin əlaqələndirilməsi, həmçinin bu növ işləri idarə etmək və həyata keçirmək.
  • Otelin taxta elementlərində hər hansı dəyişikliklər daxil olmaqla, tavan və divarların təmiri kimi struktur və xarratlıq işlərini həyata keçirmək.
  • Otaqlarda və ictimai ərazilərdə planlaşdırılmış texniki təmir işlərini həyata keçirmək.
  • Kommersiya təkliflərinin və müvafiq işlərlə əlaqəli xərclərin hesablanmasının tərtib edilməsində iştirak etmək.
  • Çilingər olmadıqda, qıfıl və açarlara texniki xidmət göstərilməsinə görə cavabdeh olmaq.
  • Tələb olunduqda. banket ləvazimatları və s. hazırlamaq.
  • Mühəndislik şöbəsinin Baş mühəndisin müavini və ya Təsərrüfat şöbəsinin rəisi razılığı ilə açarların surətlərini hazırlamaq .
  • Mühəndislik şöbəsinin Baş mühəndisin müavini tərəfindən təyin edilən bütün digər öhdəlikləri / vəzifələri icra etmək.
  • Öz bacarıqlarının artırılması üçün mühəndislər ilə qarşılıqlı təlim keçmək.

Namizədə olan tələblər:

  • Qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;
  • Təmir və lehimləmə işlərinin aparılması baçarıqları;
  • Çevik iş qrafiklərində işləmək bacarığı;
  • Əməyin təhlükəsizliyi və sağlamlığı qaydalarına dair möhkəm anlayış;
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili arzuolunandır);

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühəndislik üzrə baş qrup rəhbəri” qeyd edərək CV-lərini elektron ünvanına 15 avqust 2024-ci il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər