2 C
Baku
Saturday, December 14, 2024

Şöbə rəisi – Azərbaycan Respublikasının Mərkəzi Bankı

0
Şöbə rəisi – Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bakı
30.07.2024

Struktur bölmənin adı: Bazar davranışlarının tənzimlənməsi departamentinin Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi

Vəzifənin adı: Şöbə rəisi

Hesabatlı olduğu vəzifə: Departament direktoru

Öhdəliklər:

  • Müxtəlif kriteriyalara (yaş, istifadə edilən məhsullar, riskə məruz qalma dərəcəsi, prioritetlər, istehlakçı davranışı, internet davranışı və s.) uyğun ayrı-ayrı hədəf qruplarının diaqnostikasını həyata keçirir və uyğunlaşdırılmış proqramların hazırlanmasında iştirak edərək cəmiyyətin yeni maliyyə xidmətlərinə tələbatını stimullaşdırır;
  • Mərkəzi Bankın digər struktur bölmələri ilə birlikdə geniş ictimaiyyət üçün mərkəzi bank və maliyyə bazarları, o cümlədən iqtisadiyyatın digər sahələri üzrə seminar, təlim və mühazirələrin keçirilməsini təşkil edir, eyni zamanda bu istiqamətdə məzmunların yaradılmasını təmin edir;
  • Müxtəlif indikatorlar müəyyənləşdirərək insan kapitalı risklərinin prudensial və bazar davranışları nəzarət sisteminə inteqrasiyası üzrə təkliflər verir, Mərkəzi Bankın maliyyə bazarlarına nəzarəti həyata keçirən struktur bölmələrinə metodoloji dəstək göstərir;
  • Maliyyə sistemində insan resurslarının inkişafı məqsədi ilə digər dövlətlərin mərkəzi bankları, xarici və yerli təlim-tədris institutları ilə əməkdaşlıq edərək lazımi informasiya mübadiləsi aparır, qarşılıqlı işgüzar əlaqələr qurur, habelə, peşəkar tələblərlə bağlı çərçivəni hazırlayır;
  • Mərkəzi Bankın məqsədləri və funksiyaları üzrə müvafiq intellektual resursların yaradılmasını, çəkilişlərin aparılmasını və montaj olunmasını təmin edir, mövcud resursları inkişaf etdirir;
  • Cəmiyyətdə maliyyə məlumatlılığının artırılmasına xidmət edən müxtəlif maarifləndirici vasitələrin, məhsulların və internet resurslarının hazırlanmasını və inkişafını təmin edir;

Kompetensiyalar

Əsas kompetensiyalar

  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Komandada işləmə
  • Təkmilləşməyə meyllilik

Texniki kompetensiyalar

  • Təqdimat və yazı bacarığı

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • Ünsiyyətqurma
  • Vaxtın idarəedilməsi
  • Stressə davamlılıq

Təcrübə

  • Tərəfdaşların bir araya cəlb edilməsi və müvafiq sahələrdə 4 il (oxşar sahələrdə menecer kimi 2 illik təcrübə daxil olmaqla)

Təhsil

  • Ali təhsil

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil      (yüksək səviyyədə), Rus dili (arzu olunandır)

Kompüter bacarığları

  • MS Office proqramları (yaxşı səviyyədə)

Son müraciət tarixi: 14.08.2024

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi