Bakı
24.01.2024
Vakansiyanın təsviri
- İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
- Əmək haqqı təcrübədən asılı olaraq 900-1200 AZN (net) olacaqdır.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- İş rejimi – 5 günlük
- Müəssisənin balansında olan əsas vəsaitlərin, mal-material qiymətlilərinin bütün əməliyyatlar üzrə (uçota qəbul, daxili yerdəyişmə, uçotdan silinməsi, müvafiq sənədləşmələrin aparılması və s.) uçotunu təşkil etmək və əməliyyatların müvafiq proqram təminatına işlənilməsi;
- Əsas vəsaitlərin, mal-material qiymətlilərinin və digər aktivlərin mütəmadi olaraq sayımı və inventarizasiyasını təşkil etmək və inventarizasiyanın nəticələrini rəsmiləşdirmək;
- Əsas vəsaitlər və mal-material qiymətlilərinin maddi-məsul şəxslərin maddi məsuliyyətinə təhvil verilməsi əməliyyatlarını rəsmiləşdirmək və hər ayın sonu onlardan mal-material qiymətlilərinin hərəkəti üzrə hesabatları tələb etmək;
- Ödəniş vaxtı keçmiş debitorlardan ödənişlərin mütəmadi yığılması üçün danışıqlar aparmaq və rəsmi müraciətlər göndərmək;
- Debitorlar və kreditorlarla üzləşmələrin aparılmasına dəstək olmaq, problemli debitor və kreditorları araşdırmaq və həlli istiqamətində təkliflər vermək;
- Ay bağlantıları ilə əlaqədar əməliyyatların yerinə yetirilməsinə dəstək olmaq;
- Aylıq və illik statistik hesabatları tərtib və təqdim etmək;
- Bank, kassa ödənişlərinin icrasına və bununla əlaqədar əməliyyatların müvafiq proqram təminatına işlənməsinə dəstək olmaq;
- E-qaimələri təqdim edilən, lakin anbara daxil olmayan və ya e-qaimədəki miqdardan fərqli daxil edilən malların miqdarını anbar və satınalma şöbəsi ilə dəqiqləşdirmək və lazım gəldikdə e-qaimələri qarşı tərəfə düzəlişə və ya ləğvə göndərmək, təhvil-təslim aktları mühasibatlığa təhvil verilməmiş göstərilmiş xidmətlərin aktlarının qısa zamanda mühasibatlığa təhvil verilməsini təşkil etmək;
- Avans ödənilən, lakin mal və ya xidmət təqdim etməyən təchizatçıları araşdırmaq, geri qaytarılmalı olan ödənişlərin vaxtında qaytarılması üçün təchizatçı şirkətlərlə yazışmalar, danışıqlar aparmaq, tələb olunduqda müvafiq üzləşmələr etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |