11 C
Baku
Sunday, May 19, 2024

Mühasib – AAC

0
Mühasib – AAC
Bakı
24.01.2024

Vakansiyanın təsviri

  • İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
  • Əmək haqqı təcrübədən asılı olaraq 900-1200 AZN (net) olacaqdır.
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
  • İş rejimi – 5 günlük
  • Müəssisənin balansında olan əsas vəsaitlərin, mal-material qiymətlilərinin bütün əməliyyatlar üzrə (uçota qəbul, daxili yerdəyişmə, uçotdan silinməsi, müvafiq sənədləşmələrin aparılması və s.) uçotunu təşkil etmək və əməliyyatların müvafiq proqram təminatına işlənilməsi;
  • Əsas vəsaitlərin, mal-material qiymətlilərinin və digər aktivlərin mütəmadi olaraq sayımı və inventarizasiyasını təşkil etmək və inventarizasiyanın nəticələrini rəsmiləşdirmək;
  • Əsas vəsaitlər və mal-material qiymətlilərinin maddi-məsul şəxslərin maddi məsuliyyətinə təhvil verilməsi əməliyyatlarını rəsmiləşdirmək və hər ayın sonu onlardan mal-material qiymətlilərinin hərəkəti üzrə hesabatları tələb etmək;
  • Ödəniş vaxtı keçmiş debitorlardan ödənişlərin mütəmadi yığılması üçün danışıqlar aparmaq və rəsmi müraciətlər göndərmək;
  • Debitorlar və kreditorlarla üzləşmələrin aparılmasına dəstək olmaq, problemli debitor və kreditorları araşdırmaq və həlli istiqamətində təkliflər vermək;
  • Ay bağlantıları ilə əlaqədar əməliyyatların yerinə yetirilməsinə dəstək olmaq;
  • Aylıq və illik statistik hesabatları tərtib və təqdim etmək;
  • Bank, kassa ödənişlərinin icrasına və bununla əlaqədar əməliyyatların müvafiq proqram təminatına işlənməsinə dəstək olmaq;
  • E-qaimələri təqdim edilən, lakin anbara daxil olmayan və ya e-qaimədəki miqdardan fərqli daxil edilən malların miqdarını anbar və satınalma şöbəsi ilə dəqiqləşdirmək və lazım gəldikdə e-qaimələri qarşı tərəfə düzəlişə və ya ləğvə göndərmək, təhvil-təslim aktları mühasibatlığa təhvil verilməmiş göstərilmiş xidmətlərin aktlarının qısa zamanda mühasibatlığa təhvil verilməsini təşkil etmək;
  • Avans ödənilən, lakin mal və ya xidmət təqdim etməyən təchizatçıları araşdırmaq, geri qaytarılmalı olan ödənişlərin vaxtında qaytarılması üçün təchizatçı şirkətlərlə yazışmalar, danışıqlar aparmaq, tələb olunduqda müvafiq üzləşmələr etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

 

İşin aid olduğu sahə

KateqoriyaMühasib