18 C
Baku
Sunday, April 28, 2024

Mühasib – Ambassador Hotel

0
Mühasib – Ambassador Hotel
Bakı
14.06.2023
İş barədə məlumat– Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparılması
– Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması
– Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV, Əmlak, DSMF və s.) təqdim edilməsi
– Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması
– İnternet bankçılıq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Dövlət qurumlarına hesabatların təqdim edilməsi və yazışmalar
– E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək

Bi̇z təkli̇f edi̇ri̇k:
– İş vaxtı: 09:00-dan – 18:00-dək
– İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət)
– Rəsmi əmək müqaviləsi
– Nahar fasiləsi: 13:00-dan – 14:00-dək (şirkət tərəfindən təmin edilir)
– İş yeri: Eldar Babayev 30/24 Yeganə şadlıq sarayının yaxınlığı
– Gənc və peşəkar işçi heyəti

– Əmək haqqı: Təcrübəsindən asılı olaraq; 1400-1600 azn
– Hesabat verir: Direktora

Namizədə tələblərVəzi̇fəyə dair tələblər:
– Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil
– Avtomobil idxali uzre tecrubesinin olmasi mutleqdir
– Analoji sahə üzrə minimum 2 il təcrübəsinin olması (konsaltinq təcrübəsi üstünlükdür)
– 1C/8.3 proqramını yüksək səviyyədə bilmək
– Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür
– MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Excel-i yüksək səviyyədə bilməli
– Gömrük bəyannamələri əsasında işləmə bacarığı
– Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilmək
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilmək
– Elektron portallarda işləmək bacarığının olması (, e-sosial, e-taxes və s.)

CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Mühasib) qeyd etməyinizi xahiş edirik

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar

İşin aid olduğu sahə

KateqoriyaMühasib, Turizm və otelçilik