6 C
Baku
Monday, December 16, 2024

Mühasib – Azərbaycan Milli Antidopinq Agentliyi

0
Mühasib – Azərbaycan Milli Antidopinq Agentliyi
Bakı
19.04.2024

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, audit);
  • Maliyyə və ya mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Yerli və Beynəlxalq Mühasibat Uçotu Standartları üzrə biliklər;
  • Maliyyə sahəsində beynəlxalq sertifikatların olması;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis və ya Rus dili (arzuolunandır);

Vəzifə funksiyaları:

  • Mühasibat uçotunun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini, mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etmək;
  • Dövlət büdcəsinə ödənişlərin, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqlarının, işçilərinin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirmək.
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların göstəriciləri əsasında Agentliyin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsini təmin etmək;
  • Debitor və kreditor borcları uçotunun aparılmasını təmin etmək;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması təmin etmək;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək;

E-poçtun mövzu hissəsində “Mühasib” qeyd edilməsi mütləqdir.

Tələblərə uyğun namizədlər məlumatlarını  (CV) 30 aprel 2024-cü il tarixinədək e-poçtuna göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib