15 C
Baku
Tuesday, May 14, 2024

Mühasib – Development Line

0
Mühasib – Development Line
Bakı
26.02.2024

Vakansiyanın təsviri

  • Müəssisənin xidmət göstərdiyi şirkətlərin gündəlik bank, kassa, anbar əməliyyatlarının, balansında olan əsas vəsaitlərin, mal-material qiymətlilərinin, bütün əməliyyatlar üzrə (uçota qəbul, daxili yerdəyişmə, uçotdan silinməsi, müvafiq sənədləşmələrin aparılması və s.) uçotunu təşkil etmək və əməliyyatların müvafiq proqram təminatına işlənilməsi;
  • Kuratorluğuna verilmiş müəssisələrin debitor və kreditor öhdəliklərinin uçotunun düzgün və vaxtında aparılması, vaxtı keçmiş debitorlar və kreditorlar borclar barədə şirkət rəhbərliyinə ayda bir dəfə məlumatları vermək, tələb olarsa rəsmi müraciətlər göndərmək;
  • Debitorlar və kreditorlarla üzləşmələrin aparılması hər iki ayda bir dəfə təşkil etmək;
  • Ay bağlantıları ilə əlaqədar bütün əməliyyatları yerinə yetirilmək;
  • Aylıq, rüblük və illik hesabatları tərtib və təqdim etmək (ƏDV, ÖMV, Mənfəət, Əmlak, Torpaq, Statistika;
  • Bank, kassa ödənişlərinin icrasını və bununla əlaqədar əməliyyatların müvafiq proqram təminatına işlənməsini gündəlik təmin etmək;
  • YGB üzrə məlumatların müvafiq proqram təminatına işlənilməsi;
  • Daxil olan E-qaimələri müəssisələrin müvafiq əməkdaşları ilə dəqiqləşdirib qəbul və ya imtina edilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Xüsusi tələblər

  • İngilis və Rus dilləri olmasi üstünlükdür;
  • 25 – 33 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
  • Microsoft Office (xüsusilə Excel) yaxşı səviyyədə bilməli;
  • Micro Proqramı ilə yüksək səviyyədə işləməsi üstünlükdür;
  • Vergi məcəlləsi və mühasibat uçotu ilə əlaqədar digər qanunlardan ətraflı məlumatlı olmaq;
  • Dürüst, çalışqan, məsuliyyətli olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Yüksək analitik təhlil, iri həcmli məlumatları işləmək bacarığı olmalı;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib