10 C
Baku
Thursday, December 12, 2024

Mühasib köməkçisi – İntex Audit

0
Mühasib köməkçisi – İntex Audit
Bakı
17.08.2021

Mühasib köməkçisi

Tələblər:

– Azı 1 il özəl sahədə köməkçi mühasiblik təcrübəsi olmalıdır;
– Mühasibat uçotunu bilməlidir;
– İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
– Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
– 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
– Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
– Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
– Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir.

Vəzifələr:

– Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
– Vergi hesabatlarının hazırlanması (ƏDV, əvəzləşmələr, Mənfəət, Fiziki şəxslərin Gəlir vergisi, ÖMV, MDSS, İşsizlik, Sadələşdirilmiş vergi, Əmlak vergisi vəs.);
– Debitor və kreditorlarla üzləşmələrin aparılması;
– ƏDV Depozit hesabı əməliyyatlarının icrası, Bank əməliyyatlarının işlənməsi-yerli və xarici ödəniş tapşırıqlarının hazırlanması;
– Əmək haqqının hesablanması, məzuniyyətin hesablanması, son haqq-hesab, əmək haqqı kartlarının sifarişi, xəstəlik vərəqələrinin hesablanması və sistemə işlənilməsi;
– Qaimə-fakturaların yazılması, hesab-fakturaların yazılması, elektron qaimələrin kəsilməsi;
– Məxfilik prinsiplərinin qorunması.

İş şəraiti:

– Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– 5 günlük iş rejimi (I – V günlər, 09:00 – 18:00);
– Əmək haqqı 650 manat təşkil edir.

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını [email protected] e-mail ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaAudit/ Konsaltinq Şirkətləri