2 C
Baku
Saturday, December 14, 2024

Mühasib köməkçisi – Standard Insurance

0
Mühasib köməkçisi – Standard Insurance
24.12.2019

ASC “Standard Insurance” Sığorta Şirkəti öz fəaliyyətini milli, beynəlxalq və korporativ standartların tələblərinə uyğun aparır. ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayından təsis edilmiş, həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlamışdır. ASC “Standard Insurance” SŞ “AB Standard” Şirkətlər qrupunun üzvüdür. Fəaliyyətə başladığı qısa müddətdə Şirkətimiz Azərbaycanın ən sürətli inkişaf edən sığorta şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda şirkət 4 növ icbari, 24 növ könüllü sığorta xidməti göstərir.

Şirkətimizin başlıca prinsipi müştəri məmnuniyyətidir. Bu istiqamətdə tərəfimizdən daim yeni-yeni layihələr hazırlanır və icra olunur. Şirkətimiz geniş fərdi və korporativ müştəri bazasına malikdir.

Mühasib köməkçisi

Vəzifə öhdəlikləri:

1. Ciddi hesabat blanklarının uçotunun aparılması;
2. İcbari Sığorta Bürosuna blankların sifarişi;
3. Təhvil verilən blankların möhürlənməsi, aktlaşdırılması və maliyyə proqramında işlənməsi;
4. Sifariş verən satış kanalları ilə üzləşmələrin aparılması (blank qalıqları üzrə), təhvil-təslim aktlarının hazırlanması.

Namizəddən tələblər:

1. Ali təhsil;
2. Excell proqamını yüksək səviyyədə bilmək;
3. Azərbaycan və rus dillərini bilmək;
4. 1 il iş təcrübəsi;
5. Komandada işləmək bacarığı;
6. Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
7. Stressə davamlılıq;

İş qrafiki həftənin 5 günü saat 09:00-18:00

Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV [email protected] elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta