“Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir
İşin təsviri:
Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;
İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək
İstirahət: Şənbə və bazar günü
Əmək haqqı:
Razılaşma yolu ilə
Tələblər:
Təhsil: Ali (İqtisadi)
İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
Yaş həddi:25-50
Dil bilikləri: Azərbaycan və Rus dili
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək
Şəxsi keyfiyyətləri:
İşə planlı yanaşmaq bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Nitq mədəniyyəti;
Təmkinlilik, etibarlılıq, özünəinam;
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Qeyd
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |