7 C
Baku
Thursday, December 12, 2024

Mühasib (Otel) – Resant Group

0
Mühasib (Otel) – Resant Group
Bakı
22.05.2020

Mühasib (Otel)

Vəzifə öhdəlikləri:

• Otel mühasibinin qarşısında duran əsas vəzifələr otel rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir.
• Mühasib otelin Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir.
• Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir.
• Otelin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir.
• Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır.
• Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.

Namizədə bağlı tələblər:

• Təhsil-Ali;
• Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq;
• 1C , Elektra, Microsoft Office proqramlarını əla səviyyədə bilmək;
• Otel sahəsində ən azı 5 il iş təcrübəsi;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;

İş Şərtləri:

• İş vaxtı: həftədə 5 gün;
• Əmək haqqı: 1000-1200 AZN.

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib