7 C
Baku
Sunday, December 15, 2024

Mühasib – Ramco LLC

0
Mühasib – Ramco LLC
26.07.2019

Vəzifə: Mühasib

İş barədə məlumat

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotu;
– Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsi;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət;
– Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarının (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifarişi;

Namizədə tələblər

– Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
– Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);
– Mühasibatlıqla bağlı yaxşı səviyyədə qanunvericilik bilikləri;
– Azərbaycan dili sərbəst, Xarici dil bilikləri olan namizədlərə üstünlük verilir;
– Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
– Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;

 Əmək haqqı: 1000 – 1200 AZN

İş qrafiki:

– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər ilkin müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaMühasib