“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Mühasib/Xərclər üzrə nəzarətçi” vəzifəsinə vakansiya elan edir.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu,
Əmək haqqı:Namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir.
İş şəraiti
• 6 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
• Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
• E-qaimə, EVHF kəsmək bacarığı, BTP proqramında aylıq, rüblük, illik hesabatları sərbəst şəkildə tərtib edib aidiyyatı üzrə göndərmək, DSMF və statistika hesabatlarını tərtib edib aidiyyatı üzrə göndərmək;
• Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;
• Anbardan mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
• Anbarda məhsulların saxlanmasına cavabdehlik və nəzarət etmək;
• Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
• Daxili büdcəyə nəzarət etmək;
• Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına düzgün əks etdirilməsinə, qanunla qəbul olunmuş bütün vergi və öhdəliklərin düzgün hesablanmasına, ödənilməsinə, dövlət hesabatlarının qanunla müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini həyata keçirmək;
• Mühasibatlığın ilkin sənədlərinin tərtibi və yoxlanılması həyata keçirmək;
• Gün sonunda müəssisənin satış kassasını təhvil almaq;
• Satış proqramında menu və qiymət dəyişikliklərini əlavə etmək;
• Gündəlik sifarişlərin satış menusuna uyğun olub-olmamasını yoxlamaq;
Tələblər:
• Ali təhsilli (iqtisadiyyat üzrə);
• Azərbaycan, rus və ingilis dillərini bilməli;
• Restoran sahəsində 1-3 il iş təcrübəsi olmalı;
• Yeməklərin kalkulyasiyası barədə məlumatı olmalı;
• R-keeper, İİKO proqramları, MS Office ( Excel-yüksək səviyyədə) proqramlarında işləməyi bilməli;
• Yaş həddi 25-45;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
• Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
• Vergi, əmək qanunvericiliklərini bilməli;
• Satış və anbarın idarə olunmasını bilməli;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
Namizədin şəxsi keyfiyyətləri:
• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mühasib/Xərclər üzrə nəzarətçi” mövzu bölməsində göstərin.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |