9 C
Baku
Friday, December 13, 2024

Maliyyə monitoring şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis – Rabitəbank

0
Maliyyə monitoring şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis – Rabitəbank
Bakı
18.06.2021
Vakansiya haqqında məlumat:

 

“Rabitəbank” ASC Maliyyə monitoring  şöbəsinə  mütəxəssis / aparıcı mütəxəssis  vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə üzrə olan öhdəliklər:

  1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasını Maliyyə Monitorinqi Xidmeti tərəfindən müəyyən edilmiş limit mebleğinden yuxarı nağd pul vəsaitləri ilə həyata keçirilən əməliyyatları ASBANK proqramrından əldə edilməsi;
  2. Filial, şöbə ve struktur bölmələrindən melumatları toplamaq ve eldə. olunan məlumatlarının doğruluğunu  və reallığa uyğun olmasının yoxlanması;
  3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinə  məlumatların təqdim edilməsi FORMA-sına (sxemə) uyğun əməliyyatları Maliyyə Monitorinqi Sisteminə import edilməsi, yoxlanması;
  4. Qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, müştərinin və benefisiarların eyniləşdirmə və verifikasiya prosedurunu həyata keçirilməsi;
  5. Bloka düşən əməliyyatların  Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahıları üzrə yoxlandıqdan sonra, şəxsə qarşı heç bir sanksiya yoxdursa  əməliyyatın bərpası;
  6. Sürətli pul köçürmə sistemləri ilə həyata keçirilən əməliyyatların PL/TMM sahəsi üzrə gündəlik monitorinqi;
  7. Xarici banklardan daxil olan sorğuların araşdırılması və cavab məktubunun yazılması;
  8. Şübhə doğuran şəxslərin World-check proqramında yoxlanması və hesabatının göndərilməsi. Qeyri rezidentlərin arxivin yaradılması;
  9. Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəflərinin vaxtında və keyfiyyətlə icra edir;

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Bu və yaxud oxşar sahələrdə azı 1 il 6 ay iş təcrübəsi;
  • Vəzifə təlimatı üzrə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün tələb olunan peşakar biliklərə malik olması (maliyyə savadlığı, risk əsasları, Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə bazarlarına nəzarət palatasının, eləcə də Bankdaxili qayda və təimatların bilməsi, Microsoft Excel yüksək səviyyədə bilməsi və s.)
  • Analitik düşüncə;
  • Stressədavamlılıq;
  • Diqqətlilik, dəqiqlik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə monitorinq” göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi