Mühasibat uçotu üzrə Baş mütəxəssis – NZA Audit MMC

    Bakı
    Posted 6 months ago

    Vəzifənin adı: Mühasibat uçotu üzrə Baş mütəxəssis

    Yer: Bakı
    Həftədə 5 iş günü
    Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

    Əsas iş öhdəlikləri:

    • Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi və ya daxil edilməsinə nəzarət;
    • Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
    • Bank və nağd ödənişləri icra etmək və düzgün sənədləşdirilməsini təşkil etmək;
    • Kadrlarla bağlı sənədləşdirilmələrin aparılması;
    • Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət olunması;
    • Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması;
    • Maliyyə hesabatlarının hazırlanması;
    • Rəhbərlik tərəfindən verilən sair iş təlimatlarının icra edilməsi.

    Əsas bilik və bacarıqlar:

    • Mühasibat uçotu, vergi və ya maliyyə sahəsində ali təhsil;
    • Mühasibat uçotu və vergi sahəsində 2-3 il tərcübə;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə yetərli biliklərin olması;
    • Bütün vergi və digər dövlət qurumları üzrə verilən hesabatların hazırlanmasında təcrübənin olması;
    • MS ofis proqramları üzrə bacarıqların olması (Xüsusilə Excel);
    • Azərbaycan və ingilis dillərini sərbəst bilmək (Rus dilini bilmək arzuolunandır);
    • 1C mühasibat proqramı üzrə təcrübənin olması arzuolunandır;
    • Mühasibat uçotu üzrə sertifikatların olması arzuolunandır;
    • Mühasibat uçotu siyasəti və prosedurları barədə biliklərin olması;
    • Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqlarının olması.

    Zəhmət olmasa, tərcüməyi-halı (CV) [email protected] ünvanına “Mühasibat uçotu üzrə Baş mütəxəssis” başlığı ilə göndərin.

    Job Features

    Job CategoryMühasibatlıq və Maliyyə

    Apply Online