27 C
Baku
Saturday, July 27, 2024

Mühasibat uçotu və hesabatlıq üzrə baş mütəxəssis – Dövlət Məşğulluq Agentliyi

0
Mühasibat uçotu və hesabatlıq üzrə baş mütəxəssis – Dövlət Məşğulluq Agentliyi
Bakı
24.01.2022

Vəzifə funksiyaları:

  • Agentliyin yerli qurumlarının büdcə və smeta modellərini hazırlamaq və həyata keçirmək;
  • Müvafiq struktur bölmələr tərəfindən smetaya uyğun xərclərin həyata keçirilməsinə nəzarət etmək;
  • Agentliyə, müvafiq dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların müvafiq qaydada haazırlanaraq zamanında təqdim olunmasını təmin etmək;
  • Ay ərzində faktiki xərclər barədə ətraflı hesabatlar hazırlamaq və lazımi orqanlara təqdim etmək;
  • Ay ərzində işlənmiş bütün xərc və gəlirləri əvvəlki aylarla  müqayisə etmək,  fərqləri araşdırmaq və müvafiq hesabatlar hazırlamaq;
  • Smetadan kənarlaşmalara yol verilməməsi məqsədilə xərclərin smetaya uyğun olaraq həyata keçirilməsini təmin və nəzarət etmək;
  • Xərclərin səmərəliliyinin təhlilini aparmaq və səmərəliliyinin artırılması üçün təkliflər vermək.

Vəzifənin tutulmasına dair tələblər:  

  • Təhsil tələbi: Ali (İqtisadiyyat, Maliyyə );
  • İş stajı: Xərclərə nəzarət və ya Maliyyə analizi sahəsində 1-3 il iş təcrübəsi;
  • Zəruri biliklər: Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklərə sahib olmaq;
  • Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə) (1C arzuolunandır)

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: 

  • Məsuliyyətlilik;
  • Problem həlletmə bacarığı;
  • İnkişaf yönümlü və innovativlik;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasibat uçotu və hesabatlıq üzrə baş mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları, Mühasibatlıq və Maliyyə