Bakı
22.08.2023
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
- Peşəkar mühasibatlıq sertfikatına malik olmalı
- Dəqiq və məsuliyyətli olmalı;
- Təqib və ünsiyyət bacarıqları olmalı
İş haqqında məlumat:
- Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və müəssisənin iqtisadi dayanıqlığının qorunması ilə bağlı faəliyyətin həyata keçirilməsi;
- Təşkilatın maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanması, əsas fondun cari və əsaslı təmirinin maliyyələşdirilməsinin qayda və meyarlların müəyyən edilməsi;
- Təşkil ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
- Müəssisələrin əməliyyat büdcəsini və İnzibati hesabatların hazırlanmasını koordinasiya etmək,
- Aylıq, rüblük və illik olaraq maliyyə hesabatlarını hazırlatdırmaq,
- Müəssisənin aylıq və illik fəaliyyətini və idarə etmə hesabatlarını gözdən keçirərək lazımi tədbirlərin görülməsi üçün əlaqəli şöbələrlə paylaşmaq və sahəsinə uyğun fəaliyyətləri izləmək,
- Maliyyə hesabatları, nağd pul dövriyyəsi mühasibatlıq və xərc hesabatlarına aid bütün prosesləri idarə etmək,
- Ümumi Mühasibatlıq uçotu, Xərclər uçotu və Xərclər hesabatları üzrə baş mühasiblərə istiqamət vermək və nəzarət etmək,
- Vergi və digər rəsmi öhdəliklərin yerinə yetirilməsini nəzarətdə saxlamaq və idarə etmək,
- Qrup şirkətləri arasında alış, satış, gəlir, xərc qeydiyyatlarında yaranan səhvləri digər şirkət rəhbərləri və Mərkəzi Maliyyə şöbəsiylə danışıqlar apararaq həll yolunu təmin etmək,
- Şirkətlərin banklar, kredit təşkilatları, maliyyə qurumları və dövlət orqanları ilə olan əlaqələrini Mərkəzi Maliyyə Direktorluğuyla birlikdə əlaqəli formada idarə etmək,
- Tabeliyində olan işçilərin inkişafını təmin etmək onların ehtiyata alınmasını, təyinat üzrə yönləndirilməsini, təlimlərini İR ilə birlikdə planlamalı,
- İnkişaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasibatlıq müdiri” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |