25 C
Baku
Saturday, July 27, 2024

Mühasibatlıq Müdiri – Azersun Holding

0
Mühasibatlıq Müdiri – Azersun Holding
Bakı
22.08.2023

Tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
  • Peşəkar mühasibatlıq sertfikatına malik olmalı
  • Dəqiq və məsuliyyətli olmalı;
  • Təqib və ünsiyyət bacarıqları olmalı

 İş haqqında məlumat:

  • Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və müəssisənin iqtisadi dayanıqlığının qorunması ilə bağlı faəliyyətin həyata keçirilməsi;
  • Təşkilatın maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanması, əsas fondun cari və əsaslı təmirinin maliyyələşdirilməsinin qayda və meyarlların müəyyən edilməsi;
  • Təşkil ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
  • Müəssisələrin  əməliyyat büdcəsini və İnzibati hesabatların hazırlanmasını koordinasiya etmək,
  • Aylıq, rüblük və illik olaraq maliyyə hesabatlarını hazırlatdırmaq,
  • Müəssisənin aylıq və illik fəaliyyətini və idarə etmə hesabatlarını gözdən keçirərək lazımi tədbirlərin görülməsi üçün  əlaqəli şöbələrlə paylaşmaq və sahəsinə uyğun fəaliyyətləri izləmək,
  • Maliyyə hesabatları, nağd pul dövriyyəsi  mühasibatlıq və xərc hesabatlarına aid bütün prosesləri idarə etmək,
  • Ümumi Mühasibatlıq uçotu, Xərclər uçotu və Xərclər hesabatları üzrə baş mühasiblərə istiqamət vermək və nəzarət etmək,
  • Vergi və digər rəsmi öhdəliklərin yerinə yetirilməsini nəzarətdə saxlamaq və idarə etmək,
  • Qrup şirkətləri arasında alış, satış, gəlir, xərc qeydiyyatlarında yaranan səhvləri digər şirkət rəhbərləri və Mərkəzi Maliyyə şöbəsiylə danışıqlar apararaq həll yolunu təmin etmək,
  • Şirkətlərin banklar, kredit təşkilatları, maliyyə qurumları və dövlət orqanları ilə olan əlaqələrini Mərkəzi Maliyyə Direktorluğuyla birlikdə əlaqəli formada idarə etmək,
  • Tabeliyində olan işçilərin inkişafını təmin etmək onların ehtiyata alınmasını, təyinat üzrə yönləndirilməsini, təlimlərini İR ilə birlikdə planlamalı,
  • İnkişaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək

İş Qrafiki: Həftə içi 5 gün

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasibatlıq müdiri” qeyd etməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaMühasib