Vakansiyanın təsviri
• Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və müəssisənin iqtisadi dayanıqlığının qorunması ilə bağlı faəliyyətin həyata keçirilməsi;
• Təşkilatın maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanması, əsas fondun cari və əsaslı təmirinin maliyyələşdirilməsinin qayda və meyarlların müəyyən edilməsi;
• Təşkil ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
• Müəssisələrin əməliyyat büdcəsini və İnzibati hesabatların hazırlanmasını koordinasiya etmək,
• Aylıq, rüblük və illik olaraq maliyyə hesabatlarını hazırlatdırmaq,
• Müəssisənin aylıq və illik fəaliyyətini və idarə etmə hesabatlarını gözdən keçirərək lazımi tədbirlərin görülməsi üçün əlaqəli şöbələrlə paylaşmaq və sahəsinə uyğun fəaliyyətləri izləmək,
• Maliyyə hesabatları, nağd pul dövriyyəsi mühasibatlıq və xərc hesabatlarına aid bütün prosesləri idarə etmək,
• Ümumi Mühasibatlıq uçotu, Xərclər uçotu və Xərclər hesabatları üzrə baş mühasiblərə istiqamət vermək və nəzarət etmək,
• Vergi və digər rəsmi öhdəliklərin yerinə yetirilməsini nəzarətdə saxlamaq və idarə etmək,
• Qrup şirkətləri arasında alış, satış, gəlir, xərc qeydiyyatlarında yaranan səhvləri digər şirkət rəhbərləri və Mərkəzi Maliyyə şöbəsiylə danışıqlar apararaq həll yolunu təmin etmək,
• Şirkətlərin banklar, kredit təşkilatları, maliyyə qurumları və dövlət orqanları ilə olan əlaqələrini Mərkəzi Maliyyə Direktorluğuyla birlikdə əlaqəli formada idarə etmək,
• Tabeliyində olan işçilərin inkişafını təmin etmək onların ehtiyata alınmasını, təyinat üzrə yönləndirilməsini, təlimlərini İR ilə birlikdə planlamalı,
• İnkişaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək
• İş Qrafiki: Həftə içi 5 gün
• İş Yeri: Bakı şəhəri
Xüsusi tələblər
• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
• Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
• MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
• Peşəkar mühasibatlıq sertfikatına malik olmalı
• Dəqiq və məsuliyyətli olmalı;
• Təqib və ünsiyyət bacarıqları olmalı
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |