Araz Supermarketlər şəbəkəsi Françayzinq-Mühasibatlıq Şöbə Müdiri vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər :
– Ali təhsil (Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə);
– Vergi uçotu sahəsində 5 ildən artıq iş təcrübəsi;
– Vergi, Əmək məcəlləsini və Normativ hüquqi aktları bilməli;
– Yüksək səviyyədə MS Excel bilikləri;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
Vəzifə öhdəlikləri :
– Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
– Gəlir, ƏDV, Mənfəət, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
– Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
– Mühasibat uçotuna nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin uçotunu təşkil etmək
– Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət
– Kreditor və debitorlar ilə hesablaşmaların aparılması
Təminatlar:
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki.
– Servis xidməti;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasibatlıq Şöbə Müdiri” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |