15 C
Baku
Friday, April 26, 2024

Kredit və satış sahəsi üzrə təcrübə proqramı – ParaBokt

0
Kredit və satış sahəsi üzrə təcrübə proqramı – ParaBokt
Bakı
25.01.2021
Təcrübə proqramı

PARABOKT təcrübə proqramı

PARABOKT kredit və satış sahəsi üzrə təcrübə proqramı elan edilir. Proqram kredit və bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə Paraboktda çalışanlardan biri olmaq imkanını yaradır. Parabokt tərəfindən irəli sürülən bu təşəbbüs tələbələrin və ya iş potensialı olub ali təhsili olmayan gənclərin gələcəkdə peşəkar təcrübə əldə etməsində və Parabokt-da karyera qurmasında dəstəyini təmin edir.

Bu təcrübə proqramı iştirakçılara qazandıracaq:

–  Real iş mühiti ilə tanışlıq

–  Natamam alı təhsili olan gənclərin də bu fürsətdən yararlanmaq imkanı

–  Təcrübəçilərin öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki və kredit sahəsi üzrə biliklərə yiyələnmə şansı

–  Təşkilatın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti

–  Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması

Maraqlanan şəxslərin CV-lərini “təcrübə proqramı” başlığı ilə [email protected] ünvanına göndərmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, yalnız kişi namizədlərə üstünlük veriləcək.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi