16 C
Baku
Saturday, April 20, 2024

Müştəri məsləhətçisi / ofis menecer (Bərdə) – Yelo Bank

0
Müştəri məsləhətçisi / ofis menecer (Bərdə) – Yelo Bank
Bərdə
28.10.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Müştəri məsləhətçisi / ofis menecer (Bərdə) vakansiyalarını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Müştəri məsləhətçisi_Bərdə filialı” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Banka daxil olan müştərilərin qarşılanması və müvafiq şöbələr üzrə yönləndirilməsi
• Bank məhsulları hakqında müştəriləri dolğun məlumatlandırmaq
• Müştəriləri ATM, Pos terminal və bənzəri bank avadanlıqlarının istifadəsi qaydaları barədə maarifləndirmək
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönəltmək

Tələblər:

• Ali təhsil
• Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
• Word və Excel proqramlarından istifadə bacarığı
• Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
• Komanda ilə işləmək bacarığı
• Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
• İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Əməliyyatçı