Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis
Vəzifələr
• Bank müştəriləri arasında müxtəlif sorğuların keçirilməsi
• Sorğuların nəticələrinə əsasən həftəlik və aylıq hesabatların tərtib olunması
• Müştəri ilə bütün təmas nöqtələrinin monitorinqi və müştəri yol xəritələrinin (Customer Journey Map) tərtib olunması
• Müştəri təcrübəsinə təsir edən daxili proseslərin monitorinqi
• Müştəri təcrübəsinin monitorinqi məqsədi ilə filiallara və digər satış nöqtələrinin ziyarəti
• Müştərilər tərəfindən daxil olan şikayət və təkliflərinin statusunun monitorinqi
• Pozitiv müştəri təcrübəsinin təmin edilməsi üçün təkliflərin toplanması, təhlili və yeni təkliflərin irəli sürülməsi
• Aparılan monitorinq, müsahibə və sorğuların əsasında iş planının işlənib hazırlanması
Tələblər
• Ali təhsil
• Marketinq/müştəri xidmətləri sahəsində iki ilə qədər iş təcrübəsi
• MS Office – in təcrübəli istifadəçisi
• Azərbaycan və rus dillərində ünsiyyət qurmaq bacarığı, ingilis dili biliyi üstünlük hesab ediləcəkdir
• Dinləmək və kommunikasiya qurmaq bacarığı
• Son nəticə və problemlərin həllinə istiqamətlilik
• Komandada işləmək və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı
• Analitik qabiliyyətlər və planlaşdırma bacarığı
• Tez öyrənmə, stressə davamlılıq və gərgin rejimdə işləmə qabiliyyəti
Əmək haqqı namizədlə müsahibədən sonra müəyyən ediləcəkdir.
Xahiş edirik, CV-lərinizi [email protected] elektron ünvanına məktub mətni sətirində “Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis” – vakansiyası göstərməklə göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |