2 C
Baku
Saturday, December 14, 2024

Müştəri Xidmətləri Şöbəsinin mütəxəssisi – AtaSığorta ASC

0
Müştəri Xidmətləri Şöbəsinin mütəxəssisi – AtaSığorta ASC
Bakı
25.08.2020

“AtaSığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin Müştəri Xidmətləri Şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir:

Namizədə dair tələblər:

– 22 – 30 yaş arası xanımlara üstünlük verilir
– Ali təhsil mütləqdir
– Sığorta sahəsində iş təcrübəsi olması arzulunandır
– Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının Qanunvericiliyinin tələbləri barədə məlumatlı olması üstünlükdür
– Azərbaycan dili əla (yazı, damışıq), rus dili orta səviyyədə bilməlidir.(ingilis dili arzuolunandır)
– Kompüter proqramlarından istifadə etməyi bacarmalıdır (MS office –word əla, Excel orta səviyyədə)
– Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı olmalıdır

İş barədə məlumat:

– Müraciət edən şəxs və ya şəxslərdən hadisənin səbəblərinin araşdırılması, hadisə nəticəsində dəyən zərərin həcminin müəyyənləşdirilməsi, habelə hadisənin tənzimlənməsi üçün zəruri olan sənədlərin qəbul edilməsi
– Sənədlərdə məlumatların yetərli olmasını qiymətləndirir, çatışmazlıqlar barədə müraciət sahibini məlumatlandırılması
– Müraciət sahibinin təqdim etdiyi sənədlərin surətini proqram təminatına daxil edilməsi
– Zəruri sənədlərin müraciət sahibi tərəfindən imzalanmasını təmin edilməsi
– Hadisənin araşdırılması və zərərin qiymətləndirilməsi, ödənişin verilməsi mərhələləri barədə müraciət sahibinin suallarını cavablandırılması
– İş təcrübəsi arzuolunandır
– Əmək haqqı razılaşma yolu ilə

Uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına “mövzu” hissəsində – vakansiyanın adını “Müştəri Xidmətləri Şöbəsinin mütəxəssisi” qeyd edərək göndərmələrini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı, Sığorta