Bakı
07.02.2022
Bakı filialı – Müştəri xidmətləri üzrə koordinator (resepşn)
Öhdəliklər:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması və onların istəyinə uyğun olaraq istiqamətləndirilməsi ;
- Qonaqları qəbul edəcək şəxsləri bu barədə məlumatlandırmaq və onlara zərurət olarsa müşayiət etmək;
- Ofisdə olmayan rəhbər işçilər üçün buraxılan bütün məlumatların ətraflı və dolğun surətdə qeydə alınması və müvafiq olaraq çatdırılması ;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi ;
- Terminalda ödəniş zamanı zərurət olarsa müştərilərə köməklik göstərilməsi ;
- Ofisə daxil olan və ya çıxan məktubların kargüzarlıq şöbəsinə təqdim edilməsi
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və düzgün icra edilməsi ;
Tələblər:
- Cins: Qadın ;
- Yaş: 21-30
- Ali təhsil ;
- Müştəri xidmətləri üzrə iş təcrübəsi arzuolunandır ;
- Səlis Azərbaycan dili, minimum orta səviyyədə Rus və İngilis dili biliyi ;
- MS Office proqramlarından istifadə bacarığı ;
- Mükəmməl yazı və şifahi ünsiyyət bacarıqları ;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı ;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı ;
- Operativlik, məsuliyyətlilik və kollektivlə işləmə bacarığı ;
- Təşkilatçılıq, idarəetmə və koordinasiya bacarığı ;
- Xoş, gülərüz və səliqəli zahiri görünüş ;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi ;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməsini xahiş edirik.
Müsabiqədə Bakı şəhəri ərazisində və ona yaxın bölgələrdə yaşayan şəxslərə üstünlük verilir.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |