12 C
Baku
Wednesday, December 11, 2024

Əməliyyatçı (Bakı filialı) – Naxçıvanbank

0
Əməliyyatçı (Bakı filialı) – Naxçıvanbank
Bakı
07.02.2022

Bakı filialı – Əməliyyatçı:

Öhdəliklər:

  • Korporativ müştərilərə Bankın bütün məhsul və xidmətləri haqqında dolğun məlumat və məsləhətlər vermək;
  • Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;
  • Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.
  • Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;
  • Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
  • Müştərilərə POS-Terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Yaş həddi 22 – 32;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
  • MS Excel və MS Word proqramları üzrə baza biliklər;
  • İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
  • Analitik düşüncə qabiliyyəti;

İş təcrübəsi arzuolunandır.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməsini xahiş edirik.

Müsabiqədə Bakı şəhəri ərazisində və ona yaxın bölgələrdə yaşayan şəxslərə üstünlük verilir.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Əməliyyatçı