2 C
Baku
Saturday, December 14, 2024

Mütəxəssis – PASHA Life (PAŞA Həyat)

0
Mütəxəssis – PASHA Life (PAŞA Həyat)
17.07.2019

Vakansiya haqqında məlumat:
Struktur bölmə Satış kanalları və marketinq departamenti, Marketinq və məhsulun inkişafı şöbəsi

Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  25 iyul 2019-cu il

Əsas vəzifə öhdəlikləri:
• Marketinq, reklam, PR aksiyaları və şirkət məhsullarının irəliləməsi üçün keçirilən aksiyaların planlaşdırılması, təşkili, nəzarəti və effektivliliyin təhlili, onların təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması, hesabatların hazırlanması
• Məhsulların irəliləməsi üçün kontent strategiyasının hazırlanması və reallaşdırılmasında fəal iştirak
• Şirkət daxilində müxtəlif şöbələrlə və xarici podratçılarla işlərin koordinasiyası
• Daxili və xarici layihələr üçün sloqanların yaradılması
• Sosial mediada reklam aktivliyinin koordinasiyası, hesabatların hazırlanması
• İnflunserlərlə iş (Sourcing influencers)
• Rəqəmsal marketinq strateqiyasının hazırlanmasında aktiv iştirak

Namizədə olan tələblər:
İş təcrübəsi : Sahə üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur
Dil bilikləri : Azərbaycan dilində yüksək yazı qabiliyyəti. İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir
Kompüter bilikləri : MS Office
Üstünlüklər : Marketinqin üsulları və strategiyalarının biliyi, Google Ads, Google Analytics, Blueprint sertifikasiyaların olması
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, planlaşdırma


İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Marketinq və məhsulun inkişafı şöbəsinin mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta