Mütləq hesabatlar şöbəsində mütəxəssis – Yelo Bank

    Bakı
    Posted 3 weeks ago

    İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

    Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

    Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Mühasibatlıq və mütləq hesabatlıq departamentinin Mütləq hesabatlar şöbəsində mütəxəssis” vakansiyasını elan edirik.

    Siz elektron poçtun “mövzu” yerinə “Mütləq hesabatlar_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

    İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
    Struktur: Mühasibatlıq və mütləq hesabatlıq departamenti, Mütləq hesabatlar şöbəsi
    Vəzifə: Mütəxəssis
    Bilavasitə tabeçiliyi: Şöbə meneceri, Departament rəhbəri

    Vəzifə öhdəlikləri:

    – MB və digər dövlət strukturlarına gündəlik, həftəlik, yarım-aylıq, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;
    – Daxili və kənar yoxlayıcılara bank göstəriciləri ilə əlaqədar məlumatların verilməsi;
    – Bankın balans və balansarxasında olan uyğunsuzluqları müəyyən etmək və düzəlişlərin edilməsi üçün müvafiq strukturlara müraciət etmək;
    – MB və digər qurumlara, eyni zamanda bank rəhbərliyinə müxtəlif sorğular əsasında birdəfəlik hesabatların hazırlanması və müəyyən edilmiş müddət ərzində təqdim edilməsi.

    Tələblər:

    – Ali təhsil;
    – Dil tələbləri: Azərbaycan dilini yüksək səviyyədə bilməli, Rus və İngilis dili orta səviyyədə bilməsi arzuolunandır;
    – İstənilən hesabatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
    – Məlumatlarla işləmə bacarığı;
    – Analitik düşüncə qabiliyyəti;
    – Minimum orta səviyyədə Microsoft Excel bilikləri;
    – Banklar üçün mövcud hesablar planından xəbərdar olması.

    Biz Sizə nə təklif edirik:

    – Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
    – Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
    – Könüllü tibbi sığorta proqramına qoşulma;
    – Yığım sığortasına qoşulma imkanı;
    – Müasir idarəetmə sistemi və mehriban kollektiv.

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.