Bakı
15.05.2023
Vakansiyanın təsviri
- Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin (bundan sonra – portfel şirkətləri) nəqliyyat sahəsində səmərəliliyinin artırılması, maliyyə dayanıqlılığının yaxşılaşdırılması, gəlirlərinin artırılması və xərclərinin optimallaşdırılması üzrə imkanların müəyyən edilməsinə və təkliflərin hazırlanmasına dəstək olmaq;
- Portfel şirkətlərinin korporativ idarəetmə orqanlarının fəaliyyətinə dəstək üçün müzakirə mövzusu olan məsələlərlə bağlı təhlillər aparmaq, hesabatlar və tövsiyələr hazırlamaq;
- Portfel şirkətlərinin orta və uzunmüddətli strateji inkişaf, biznes planlarının hazırlanmasında iştirak etmək və həmin şirkətlər qarşısında qoyulan hədəflərin icrasına nəzarəti təmin etmək;
- Portfel şirkətləri tərəfindən hazırlanmış büdcələr, idarəetmə hesabatları, maliyyə modelləri, eləcə də digər maliyyə və əməliyyat məlumatlarının, təklif olunan təşəbbüslərin (investisiya, satınalma, yenilənmə planı) təhlilini həyata keçirmək, onlar əsasında hesabatların və təqdimatların hazırlanmasında iştirak etmək;
- İşgüzar yazışmaların aparılması və daxil olan məktubların cavablandırılmasında iştirak etmək.
Xüsusi tələblər
- Ali təhsil (korporativ maliyyə/maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə);
- İxtisası üzrə ən az 3 il iş təcrübəsi;
- CFA və ACCA üzrə sertifikasiyalar (müxtəlif səviyyələr üzrə arzuolunandır);
- MS PowerPoint proqramında təqdimatların peşəkar səviyyədə hazırlanması təcrübəsi;
- MS Excel proqramında orta çətinlik dərəcəsinə malik maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə (arzuolunandır);
- Ünsiyyət, münasibət qurmaq bacarıqları və təşəbbüskarlıq;
- Yüksək səviyyəli analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır).
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |