31 C
Baku
Wednesday, July 24, 2024

Ödəniş kartları üzrə baş mütəxəssis – AFB Bank

0
Ödəniş kartları üzrə baş mütəxəssis – AFB Bank
Bakı
16.03.2023

Vakansiyanın təsviri

  • Yeni layihələr üzrə ilə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;
  • Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;
  • Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;
  • VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;
  • VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;
  • E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;
  • Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;
  • Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;
  • Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;
  • Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;
  • Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
  • Sahə üzrə sertifikatların olması üstünlükdür;
  • Nəticəyönümlülük, dəqiqlik, problem həlletmə bacarığı, əməliyyat çevikliyi.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi