Bakı
16.03.2023
Vakansiyanın təsviri
- Mürəkkəb informasiyanı təhlil etmək və başa düşmək, bunun üçün biznes strategiyası, maliyyə göstəriciləri və bazar dinamikası (o cümlədən ən qabaqcıl təcrübə) arasında əlaqələr qurmaq;
- Mövcud maliyyə vəziyyətini daha yaxşı başa düşmək və portfel şirkətlərinin perspektivlərini qiymətləndirmək üçün kompleks maliyyə yoxlaması aparmaq;
- Portfel şirkətlərinin strateji planlaşdırmasını və fəaliyyət effektivliyinin idarə edilməsini (bençmarkinq daxil olmaqla) dəstəkləmək üçün analitik istifadə ssenariləri hazırlamaq və icra etmək;
- Ekosistemin genişləndirilməsi imkanları üçün təsdiq edilmiş strateji plana uyğun olaraq iqtisadi və/və ya istismara yararlılıq baxımından texniki-iqtisadi əsaslandırmalar aparmaq;
- Portfel şirkətlərinin öz missiya və strateji prioritetlərinə uyğun olaraq fəaliyyət effektivliyini dəqiq ölçmək üçün əsas fəaliyyət göstəricilərini (ƏFG) müəyyən və təsdiq etmək;
- Portfel şirkətlərinin strateji və illik fəaliyyət effektivliyinin idarə edilməsi prosesinin inzibati təminatını, o cümlədən məqsədlərin/hədəflərin müəyyən edilməsi, izlənilməsi və qiymətləndirilməsini təşkil etmək;
- Daxili və çox funksional layihələri (və ya istifadə ssenarilərini) idarə etmək/dəstəkləmək;
- Portfel şirkətləri, funksional bölümlər, fəaliyyət istiqamətləri və xarici tərəflər boyu əsas maraqlı tərəflərlə ünsiyyət və əlaqələri təmin etmək;
- Əlaqə saxlanılmalı əsas şəxslər ilə əməkdaşlıq edərək portfel şirkətləri, funksional bölümlər və fəaliyyət istiqamətləri arasında biznes və təşkilati məsələlərin uyğunlaşdırılmasına şərait yaratmaq;
- Analitiklər komandasına əlaqədar mövzular üzrə tövsiyələr və dəstək vermək;
Xüsusi tələblər
- İdarəetmə konsaltinqi, sövdələşmələr/əməliyyatlar üzrə məsləhətlərin verilməsi, maliyyə, strategiya, analitika və ya investisiyalar sahəsində 4 ildən artıq funksional təcrübə;
- Maliyyə xidmətləri, rəqəmsal biznes, e-ticarət, maliyyə-texnoloji, istehlak malları/pərakəndə satış, telekommunikasiya, özəl kapital sahələrində 6 ildən artıq təcrübə güclü bir üstünlük hesab olunur;
- Güclü ünsiyyət bacarıqları – yazılı və şifahi təqdimat bacarıqları, fikirləri effektiv və inandırıcı şəkildə ifadə etmək qabiliyyəti;
- Layihələrin idarə edilməsi sahəsində təsdiqlənmiş təcrübə;
- Maliyyə modelləşdirməsi, kompleks yoxlama, araşdırma və sövdələşmələrin qiymətləndirilməsi üzrə yüksək səviyyədə inkişaf etdirilmiş bacarıqlar
- Tənqidi düşünmək, təşəbbüsü öz üzərinə götürmək və operativ qərar qəbul etmək qabiliyyəti;
- Gərgin şəraitdə işləmək və təyin edilmiş çox qısa müddətlərə riayət etmək qabiliyyəti;
- Analitik (məsələn, Excel, Alteryx, DataIKU) alətlər və BI vizualizasiyası (Tableau, Power BI) proqram təminatı ilə əvvəllər iş təcrübəsinin olması üstünlük hesab olunur;
- CFA kimi sertifikatların olması üstünlük hesab olunur;
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |