Bakı
20.09.2021
Tələblər:
- magistr dərəcəsi;
- bank sahəsində 1 illik təcrübə;
- aktiv işyönümlü;
- səlahiyyətləri çərçivəsində operativ qaydada qərar qəbul etmək və öz üzərinə məsuliyyət götürmək bacarığı;
- ünsiyyətçil.
Vəzifələri:
- korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
- çarpaz satışların həyata keçirilməsi;
- korporativ müştəri bazasının formalaşdırılması və inkişafı;
- satış kanallarının müəyyən edilməsi, hər bir kanalın inkişafı və effektivliyinin yüksəldilməsini təmin edilməsi;
- potensial müştəriləri cəlb etmək üçün təqdimatların və digər tədbirlərin hazırlanması;
- korporativ müştərilərin sorğu, şikayət və təkliflərinə baxılması və tənzimlənməsi üzrə təbirlərdə iştirak;
- Bankda hesab açma prosedurunu tənzimləyən daxili sənədə uyğun olaraq korporativ müştərilərə bank hesabı açma qaydası barədə məlumatın verilməsi;
- Bankın müvafiq daxili sənədinə uyğun olaraq hesabların açılmasının təşkili və koordinasiyası;
- maliyyə təhlili üçün tələb olunan sənədlərin toplanması üzrə Müştəri ilə işin təşkili;
- kredit-təminat sənədlərinin verilmə tarixləri, Kredit əqdlərinin imzalanma şərtləri və sənədlərin əməliyyat bölməsinə verilməsindən əvvəl icrasına nəzarət edilməsi barədə müştərinin məlumatlandırılması;
- inzibati rəhbərə planlaşdırılmış və icra edilmiş tapşırıqlar barədə gündəlik/həftəlik qaydada hesabat vermək;
- yuxarı Seqmentaltının korporativ biznes məhsulları baxımından əsas rəqiblərinin bazar təhlilinin və monitorinqinin aparılması, mövcud xidmətlər və məhsullarda dəyişikliklərə başlanılması.
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |