13 C
Baku
Wednesday, May 8, 2024

Orta biznesin müştəriləri ilə iş şöbəsinin aparıcı/baş mütəxəssisi – Bank VTB (Azərbaycan)

0
Orta biznesin müştəriləri ilə iş şöbəsinin aparıcı/baş mütəxəssisi – Bank VTB (Azərbaycan)
Bakı
20.09.2021

Tələblər:

  • magistr dərəcəsi;
  • bank sahəsində 1 illik təcrübə;
  • aktiv işyönümlü;
  • səlahiyyətləri çərçivəsində operativ qaydada qərar qəbul etmək və öz üzərinə məsuliyyət götürmək bacarığı;
  • ünsiyyətçil.

 

Vəzifələri:

  • korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
  • çarpaz satışların həyata keçirilməsi;
  • korporativ müştəri bazasının formalaşdırılması və inkişafı;
  • satış kanallarının müəyyən edilməsi, hər bir kanalın inkişafı və effektivliyinin yüksəldilməsini təmin edilməsi;
  • potensial müştəriləri cəlb etmək üçün təqdimatların və digər tədbirlərin hazırlanması;
  • korporativ müştərilərin sorğu, şikayət və təkliflərinə baxılması və tənzimlənməsi üzrə təbirlərdə iştirak;
  • Bankda hesab açma prosedurunu tənzimləyən daxili sənədə uyğun olaraq korporativ müştərilərə bank hesabı açma qaydası barədə məlumatın verilməsi;
  • Bankın müvafiq daxili sənədinə uyğun olaraq hesabların açılmasının təşkili və koordinasiyası;
  • maliyyə təhlili üçün tələb olunan sənədlərin toplanması üzrə Müştəri ilə işin təşkili;
  • kredit-təminat sənədlərinin verilmə tarixləri, Kredit əqdlərinin imzalanma şərtləri və sənədlərin əməliyyat bölməsinə verilməsindən əvvəl icrasına nəzarət edilməsi barədə müştərinin məlumatlandırılması;
  • inzibati rəhbərə planlaşdırılmış və icra edilmiş tapşırıqlar barədə gündəlik/həftəlik qaydada hesabat vermək;
  • yuxarı Seqmentaltının korporativ biznes məhsulları baxımından əsas rəqiblərinin bazar təhlilinin və monitorinqinin aparılması, mövcud xidmətlər və məhsullarda dəyişikliklərə başlanılması.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi