Vəzifə: PL (Şəxsi marka) kateqoriya müdiri
Departament: Kommersiya Departamenti
İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis (Ünvan: Hüseyn Cavid prospekti 202, D bloku)
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil
• Kompüter bilikləri: MS Office
• Dil bilikləri: Rus dili və ingilis dili (səlis)
• İş təcrübəsi: Kateqoriya müdiri olaraq minimum 2 il
Vəzifə öhdəlikləri:
• Bazar ehtiyacının müəyyən olunması, tədarükçü ilə görüşlərin təşkil olunması
• Tədarükçü ilə müqavilələrin imzalanması
• Məhsulların siyahıya alınması, alış və satış qiymətlərinin formalaşdırılması
• Məhsul üzrə statusların müəyyən olub dəyişdirilməsi
• Aksiyaların və endirimlərin hazırlanması
• Problemli hallar və özəl dövr üzrə alışların həyata keçirilməsi
• Ərazi ziyarətləri, günlük hesabatların izlənməsi
• Bonus və tədarükçü tutulmalarının idarə olunması
Əlavə təminatlar:
• Nahar;
• Korporativ nömrə;
• Servis xidməti;
İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “PL kateqoriya müdiri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |