23 C
Baku
Friday, April 26, 2024

Planlama üzrə mütəxəssis – METAK

0
Planlama üzrə mütəxəssis – METAK
14.11.2019

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Planlama üzrə mütəxəssis

İş barədə məlumat:

• Satış proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi;
• Verilən satış proqnozları, planlar və sifarişlərə əsasən aylıq və həftəlik istehsal planlarının çıxarılması (MPS);
• Material ehtiyaclarının planlanması (MRP), tələblərin açılması və proqramda tətbiqi;
• Hazır məhsul, xammal və material qalıqlarının yetərliliyinə davamlı nəzarət;
• İstehsalın gündəlik olaraq izlənilməsi və verilən planların yerinə yetirilməsinə nəzarət;
• Məhsulların reseptləri, avadanlıqların istehsal gücləri barədə verilən məlumatların analizi və düzgün istifadəsinə nəzarət;
• Planlamanın effektiv şəkildə aparılması üçün proseslərin analizi və təkliflərin verilməsi;
• ERP proqram üzrə istehsal proseslərinə aid məlumatların doğruluğuna nəzarət, yenilənmələrin zamanında həyata keçirilməsi;
• Analitik hesabatların hazırlanması, digər bölmələrdən planlamaya gələn sorğuların cavablandırılması;
• Əlavə olaraq tələb edilən əməliyyatların yerinə yetirilməsi və aidiyyatı əməkdaşlara texniki dəstəyin göstərilməsi.

Tələblər:

• Ali iqtisadi və ya texniki təhsil;
• Planlama təcrübəsinin olması;
• MS Office bilikləri (Excel əla səviyyədə);
• ERP proqram təminatının istehsalat və anbar modullarında işləmə bacarığı (təcrübəsi).

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=104 və ya [email protected] ünvanına CV göndərərək, 13.12.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər