Bakı
13.11.2023
İşin təsviri:
- Sərnişin axınının təşkili, sərnişin və baqaj daşınması ilə bağlı plan tapşırıqların icrasına nəzarət etmək;
- Qatarların təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək, sərnişinlərə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün işləri təşkil etmək;
- Qatarın hərəkəti, sərnişin daşınması, texniki avadanlıqların saxlanılması və istismarı ilə bağlı qaydaların, təlimatların və digər metodiki və tənzimləyici sənədlərin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- İşçilər tərəfindən istehsalat və əmək qaydalarına, daxili əmək qrafiki qaydalarına əməl olunmasına nəzarəti təşkil etmək;
- Tariflərin işlənilməsi prosesini təşkil etmək və lazımi göstərişlərin verilməsini həyata keçirmək;
- Departamentin işi ilə əlaqədar səmərələşdirici təkliflərin verilməsini təmin etmək;
- Şöbənin səlahiyyəti çərçivəsində bütün yazışmaların vaxtında və keyfiyyətlə aparılmasına nəzarət etmək.
Tələblər:
- Ali təhsil ;
- Rus dili – yaxşı;
- MS Office – yaxşı;
- Sahə üzrə 2 il, rəhbər vəzifədə 1 il iş təcrübəsi;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, planlaşdırma, analitik düşüncə və kommunikabellilik kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
- Sərnişin daşıma xidmətinin təşkili barədə nəzəri biliklər;
- Sərnişin qatarlarının hərəkət cədvəlinin tərtib olunması prosedurları üzrə biliklər;
- Statistik və digər hesabatlardan istifadə üzrə biliklər;
- Cəmiyyətin qurumları, müəssisə və təşkilatları ilə yazışmaların aparılması qaydaları üzrə biliklər;
- Ümumi dəmir yolunun iş fəaliyyətindən anlayışın olması;
Əmək şəraiti:
- İş qrafiki – 5 günlük 09:00-18:00;
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük
Müraciət etmə qaydaları:
- Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Son müraciət tarixi : 21.11.2023 ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)
- Qeyd: İngilis dil biliyi yüksək olan namizədlərə üstünlük veriləcəkdir.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |