10 C
Baku
Bazar, Dekabr 5, 2021

Plastik kartlar üzrə Kiçik mütəxəssis/Mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

0
Plastik kartlar üzrə Kiçik mütəxəssis/Mütəxəssis – Ziraat Bank Azərbaycan ASC
Bakı
18.10.2021

Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Plastik kartlar üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

• Müştəri silinmələrinə görə banklarla mübahisəli məsələlərin araşdırılması;
• Chargeback prosedurlarının icrası (BKM, Visa, Mastercard);
• Gündəlik “Issuing” ve “Acquiring” üzrə Risk Monitorinq prosesinin aparılması;
• Baş vermiş əməliyyatların nəticəsi olaraq gündəlik klirinqin aparılması, müxbir hesablar üzrə müxabirləşmələrin aparılması, hesablara nəzarət;
• Gündəlik əsasda Prosessinq Mərkəzindən daxil olan gündəlik əməliyyat fayllarının qəbul edilməsi, balans faylının göndərilməsi;
• Ekvayrinq işçisi işdə olmadığı təqdirdə POS sənədləşmə işlərinin aparılması, “POS reversal/refund” prosedurlarının icrası və bu əməliyyatlarla bağlı ticarət obyektlərinə dəstək göstərilməsi, ATM inkassasiya öncəsi və sonrası sənədlərin/hesabların yoxlanılması;
• Visa, Mastercard və Prosessinq Mərkəzi ilə birlikdə layihələrin aparılması – yeni xidmət/funksional və ya mövcud funksionalın icrası.

Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Plastik kartlar” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X