Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Plastik kartlar üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
• Müştəri silinmələrinə görə banklarla mübahisəli məsələlərin araşdırılması;
• Chargeback prosedurlarının icrası (BKM, Visa, Mastercard);
• Gündəlik “Issuing” ve “Acquiring” üzrə Risk Monitorinq prosesinin aparılması;
• Baş vermiş əməliyyatların nəticəsi olaraq gündəlik klirinqin aparılması, müxbir hesablar üzrə müxabirləşmələrin aparılması, hesablara nəzarət;
• Gündəlik əsasda Prosessinq Mərkəzindən daxil olan gündəlik əməliyyat fayllarının qəbul edilməsi, balans faylının göndərilməsi;
• Ekvayrinq işçisi işdə olmadığı təqdirdə POS sənədləşmə işlərinin aparılması, “POS reversal/refund” prosedurlarının icrası və bu əməliyyatlarla bağlı ticarət obyektlərinə dəstək göstərilməsi, ATM inkassasiya öncəsi və sonrası sənədlərin/hesabların yoxlanılması;
• Visa, Mastercard və Prosessinq Mərkəzi ilə birlikdə layihələrin aparılması – yeni xidmət/funksional və ya mövcud funksionalın icrası.
Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Plastik kartlar” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |