18 C
Baku
Sunday, September 8, 2024

Platforma Meneceri – Biznes Analitik (Product Owner) – Azersun Holding

0
Platforma Meneceri – Biznes Analitik (Product Owner) – Azersun Holding
Bakı
02.05.2023

Tələblər:

  • Ali təhsilli (İnformasiya Texnologiyaları üzrə) olmalı;
  • Məhsul inkişafı üzrə (biznes və ya IT) 3-5 illik iş təcrübəsi;
  • İngilis dilini yaxşı bilməli;
  • Agile metodologiyası haqqında məlumata sahib olmalı;
  • Analitik düşünmə, iş planlama qabiliyyəti, stres altında işləmə bacarığı.

İş haqqında məlumat:

  • Biznesin ehtiyaclarını dəqiqləşdirmək və müvafiq sənədləşmə (documentation) işlərini tamamlamaq;
  • Məhsul strategiyasının epic/tapşırıqlara çevirməsi və əldə olunan dəyərin maksimallaşdırılması istiqamətində prioritetləşdirilməsi;
  • Platforma üçün lazım olan müvafiq sorğuları yaratmaq və onları izləmək;
  • Platforma üçün lazım olan işlərin qarşı tərəfə bildirilməsi və gedişata nəzarət edilməsi;
  • Müvafiq IT şöbələri və tələb olunan 3-cü tərəf şirkətləri ilə əlaqələrin yaradılması;
  • Mikro layihələrin idarə edilməsi və Agile strukturuna uyğun işlərin görülməsi;
  • 3-cü tərəf marketinq tətbiqlərinin inteqrasiyasının idarə edilməsi;
  • Məhsulun texniki testlərini (UAT) həyata keçirtmək və səhvlər barədə hesabat hazırlamaq;
  • Gün ərzində ümumi testlər (smoke) həyata keçirtmək, tapılan xətaları kateqoriyalara ayırmaq və tez həll olunmasını təmin etmək;
  • İşlərin razılaşdırılan vaxtda təhvil verməsinə nəzarət etmək;
  • Dünya üzrə yeni e-ticarət platformasının trendlərini izləmək və sistemə tətbiq etmək.

İş şərtləri:

  • Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
  • Nahar şirkət tərəfindən qarşılanır.

İş yeri: Bakı şəh.,

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Platforma Meneceri – Biznes Analitik (Product Owner)” qeyd olunmalıdır) göndərə bilərlər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər