Bakı
02.05.2023
Tələblər:
- Ali təhsilli (İnformasiya Texnologiyaları üzrə) olmalı;
- Məhsul inkişafı üzrə (biznes və ya IT) 3-5 illik iş təcrübəsi;
- İngilis dilini yaxşı bilməli;
- Agile metodologiyası haqqında məlumata sahib olmalı;
- Analitik düşünmə, iş planlama qabiliyyəti, stres altında işləmə bacarığı.
İş haqqında məlumat:
- Biznesin ehtiyaclarını dəqiqləşdirmək və müvafiq sənədləşmə (documentation) işlərini tamamlamaq;
- Məhsul strategiyasının epic/tapşırıqlara çevirməsi və əldə olunan dəyərin maksimallaşdırılması istiqamətində prioritetləşdirilməsi;
- Platforma üçün lazım olan müvafiq sorğuları yaratmaq və onları izləmək;
- Platforma üçün lazım olan işlərin qarşı tərəfə bildirilməsi və gedişata nəzarət edilməsi;
- Müvafiq IT şöbələri və tələb olunan 3-cü tərəf şirkətləri ilə əlaqələrin yaradılması;
- Mikro layihələrin idarə edilməsi və Agile strukturuna uyğun işlərin görülməsi;
- 3-cü tərəf marketinq tətbiqlərinin inteqrasiyasının idarə edilməsi;
- Məhsulun texniki testlərini (UAT) həyata keçirtmək və səhvlər barədə hesabat hazırlamaq;
- Gün ərzində ümumi testlər (smoke) həyata keçirtmək, tapılan xətaları kateqoriyalara ayırmaq və tez həll olunmasını təmin etmək;
- İşlərin razılaşdırılan vaxtda təhvil verməsinə nəzarət etmək;
- Dünya üzrə yeni e-ticarət platformasının trendlərini izləmək və sistemə tətbiq etmək.
İş şərtləri:
- Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
- Nahar şirkət tərəfindən qarşılanır.
İş yeri: Bakı şəh.,
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Platforma Meneceri – Biznes Analitik (Product Owner)” qeyd olunmalıdır) göndərə bilərlər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |