3 C
Baku
Monday, March 4, 2024

Portfel şirkətlərinin fəaliyyətinin auditi şöbəsinin müdiri – Azərbaycan İnvestisiya Holdinqi

0
Bakı
12.06.2023

Vakansiyanın təsviri

  • Şöbənin işini təşkil etmək və ona rəhbərlik etmək;
  • Strateji və taktiki auditi planlaşdırmaq;
  • Portfel şirkətlərdə (PŞ) Daxili Audit işinin təşkili və həyata keçirilməsini istiqamətləndirmək;
  • PŞ-lər üzrə audit planı və prosedurlarını hazırlamaq və icrasını həyata keçirmək;
  • PŞ-lərdə audit yoxlamalarının icrasına nəzarət etmək;
  • Şöbədaxili iş bölgüsünü aparmaq, şöbə işçilərinin vəzifələrinin vaxtında və düzgün icrasına nəzarət etmək;
  • Departamentin fəaliyyətinin təşkil və idarə olunmasında departament müdirinə dəstək göstərmək.

Xüsusi tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, idarəetmə və ya hüquq sahəsi üzrə);
  • Audit (daxili/kənar), maliyyə və ya mühasibatlıq sahəsində ən azı 7 il iş təcrübəsi;
  • Korporativ idarəetmə, daxili nəzarət və risklərin idarə olunması sahəsində bilik və bacarıqlar;
  • Daxili Auditorlar İnstitutunun Standartlarının və təlimatlarının tətbiqi üzrə bilik və bacarıqlar;
  • Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları üzrə biliklər;
  • CIA, ACCA, CFE, CRMA kimi peşəkar kvalifikasiyalardan birinin mövcudluğu;
  • Siyasət, qayda və prosedurların yazılması üzrə bilik və bacarıqlar;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • MS Office proqramlarında səlis işləmək bacarığı;
  • Səlahiyyətində olan əməkdaşların tapşırıqlarını düzgün yönəltmək bacarığı;
  • Təşəbbüskarlıq, idarəetmə, komanda qurmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı (aktiv dinləmə, fikirlərin sərbəst formalaşdırılması və s.).
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər